Rusiyadan Qarabağdakı separatçı rejimin ləğvinə - REAKSİYA

Rusiyadan Qarabağdakı separatçı rejimin ləğvinə - REAKSİYA Siyasət

"Qarabağdakı separatçı rejimin ləğvi hərbi əməliyyatların dayandırılması baxımından müsbətdir".

News24.az xəbər verir ki, bunu Dövlət Dumasının Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.

Onun sözlərinə görə, bütün səlahiyyətli orqanlar Qarabağı Azərbaycan ərazisi kimi tanıyır:

“Nəzərə alsaq ki, Ermənistan və onun lideri Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. İndi mövcud olmuş rejimin və təbii ki, Qarabağın ermənilərin sakinlərinin Qarabağı tərk etməsi prosesi gedir. Azərbaycan tərəfi bu ərazidə qalacaq insanların normal yaşaması üçün şərait yaradacaq, çünki bu, artıq bütün səlahiyyətli orqanların yanında Qarabağ onların ərazisidir”, - deyə deputat bildirib.

O əlavə edib ki, bu proseslərdən sonra bölgədə sülhməramlıların ərazidə qalması məsələsinə də baxılacaq:

"Proseslərdən sonra bizim orada yerləşən sülhməramlı kontingentimiz böyük ehtimalla əhəmiyyətsiz olacaq, lakin bunu üç dövlət - Rusiya, Azərbaycan və Ermənistanın liderləri həll edəcək. Çünki bu qərarı onların üçü verib".

Rusiyanın hazırkı vəziyyətə münasibətindən danışan deputat vurğulayıb ki, Moskvanın prioriteti regionda hərbi əməliyyatları dayandırmaqdır.

Qumral