Rusiyadan üçtərəfli görüşlə bağlı - AÇIQLAMA

Rusiyadan üçtərəfli görüşlə bağlı - AÇIQLAMA Siyasət
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupun növbəti iclasının nə vaxt keçiriləcəyi ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində TASS-a müsahibəsində danışıb.

“Demək olar ki, iki il yarımdır ki, işləyirik, amma görüşlərin dəqiq qrafikini tərtib etməmişik. Eyni zamanda, düşünmək lazım deyil ki, işimiz görüşdən-müşavirəyə gedir, görüşlər arasında isə başqa cari işlərlə məşğul oluruq. Əslində belə deyil, demək olar ki, hər gün bu iş aparılır. Nadir hallarda olur ki, biz bir-birimizə zəng etmirik, danışmırıq, blokun açılması ilə bağlı bəzi məsələləri müzakirə etmirik. Hətta ikitərəfli gündəliyimizlə bağlı ünsiyyətdə olsaq da, hələ də bu mövzuya toxunuruq. Biz yəqin ki, yüzlərlə telefon zəngi, fayl mübadiləsi etdik. Mən və həmkarlarım bunun üzərində daim çalışırıq”.

Akqabay