Sarkisyan Qarabağla bağlı suala cavab verə - BİLMƏDİ
Siyasət
İrəvanda korrupsiya ittihamı üzrə təqsirləndirlən şəxs qismində məhkəməyə cəlb edilən keçmiş prezident, Xocalı qatili Serj Sarkisyan jurnalistlərin Qarabağla bağlı sualı qarşısında çətin vəziyyətə düşüb.
News24.az Modern.az-a istinadən xəbər verir ki, jurnalistlərin “siz “Artsax” məsələsini bağlı hesab etmirsiniz, onda bəs vəziyyətdən çıxış yolu nədir, vəziyyət necə dəyişə bilər, şəxsən nə edərdiniz” sualına cavab verə bilməyib:
“Vəziyyətin nə vaxt dəyişəcəyini söyləməkdə çətinlik çəkirəm, amma dəyişəcək, bu dəqiqdir. İndi isə o mövzuda danışmağı düzgün hesab etmirəm”.