TDT kənd təsərrüfatı nazirləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Siyasət
Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı nazirlərinin II toplantısının iştirakçıları Fəxri xiyaban, Şəhidlər xiyabanı və "Türk Şəhidliyi"ni ziyarət ediblər.
News24.az Report-a istinadən xəbər verir ki, qonaqlar əvvəlcə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı qarşısına əklil qoyublar.
Daha sonra Bakıdakı "Türk Şəhidliyi" abidəsi və Şəhidlər xiyabanında şəhidlərin məzarı üzərinə güllər düzülüb və "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, ziyarətçilər arasında Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kiprin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner yer alıb.