"“The Washington Post“ Azərbaycana qarşı kampaniyanın ruporudur" - POLİTOLOQ
Siyasət
Son bir neçə gündür ki, “The Washington Post“ qəzetində Azərbaycan əleyhinə qarşı məqalələr dərc edilir və Azərbaycan Laçın yolunu blokadaya almaqda, “humanitar böhran” yaratmaqda ittiham olunur.
Mövzu ilə bağlı News24.az-a danışan politoloq İlqar Vəlizadə bildirdi ki, “The Washington Post“ Azərbaycana qarşı başladılan ermənipərəst kampaniyanın ruporudur:

"Bəllidir ki, məqalələrin müəllifləri fərqli olsa da sifarişçi ermənipərəst qüvvələrdir. Çünki bu, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurası çərçivəsində anti-Azərbaycan qətnaməsinin qəbuluna qədər olan işlərin tərkib hissəsi kimi həyata keçirilir. Aydındır ki, erməni lobbisi, Ermənistan diasporası , hakimiyyəti və müxtəlif quruplar hərəkətə keçiblər. Hər vəchlə ölkəmizə qarşı qətnamənin qəbuluna hesablanmış addımların həyata keçməsinə nail olmaq istəyirlər. Son illər Ermənistan post-münaqişə gündəliyində dayanan bütün məsələlərlə bağlı təşəbbüsləri güclə qəbul edib. Onların baş tutmasına maneəçilik törədib. Hələ də nə Zəngəzur dəhlizinin açılmaması, delimitasiya-demarkasiya məsələsinin həll olunmaması buna sübutdur. Qarabağ iqtisadi regionunda erməni silahlıların tərk-silah olunma prossesi hələ də qalır”.
İ.Vəlizadə hesab edir ki, Ermənistan münaqişənin həllinə can atmır: “Əksinə müqavilənin reallaşmını ləngidir. Ermənistan ümumiyyətlə sülh prossesini bloka salmaq istəyir. Sülh gündəliyindən hərb gündəliyinə keçmək barədə düşünür. Ermənilərin havadarları hələ də dərk etmirlər ki, bu, öncəliklə məhz onların maraqlarına zərbə endirəcək. Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə separatçı rejimin qalıqları var. Bu da ondan xəbər verir ki, Ermənistan heç bir münaqişənin həllinə can atmır.
Ayşən