Toyda qan düşdü, qonağı öldürdülər

Toyda qan düşdü, qonağı öldürdülər Siyasət
Qusar rayonunda qətl hadisəsi baş verib.
 
Hadisə rayonun Gədəzeyxur kəndində qeydə alınıb.  Kənddə keçirilən toy mərasimində kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəbəyov Səlim Balabəy oğlu şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb. 

 İ. Qədirov xəstəxanaya aparılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.

// APA