"Truxin dövlətə xəyanət etməyib" - RUSİYALI POLİTOLOQ+VİDEO
Siyasət
“Rusiyada həbs olunan Viktor Truxinin Prezident Vladimir Putinin şəxsi həkimi olduğu barədə məlumat əsassızdır”.
News24.az-ın məlumatına görə, bunu RTV-yə rusiyalı politoloq Oleq Kuznetsov bildirib.
O deyib ki, Kreml rəhbərinin müalicəsini Səhiyyə Nazirliyinin tərkibindəki xüsusi idarə əlaqələndirir.
O. Kuznetsovun sözlərinə görə, V. Putinin xəstəxanaya yerləşdirilməsi, müalicəsi, eləcə də zəruri hallarda əməliyyata ehtiyacı olarsa, bununla əlaqəli prosesi və həyata keçirilən bütün prosedurlara nəzarəti də məhz həmin qurum yerinə yetirir.
“Truxinin bu strukturlara aidiyyəti olmayıb. O, Federal Tibbi-Bioloji Agentliyin tabeliyindəki Sankt-Peterburq Vaksin və Zərdab İnstitutunun direktoru işləyib. Bu gün yayılan məlumat onu göstərir ki, dövlətə 400 milyon rubl maddi ziyan vurulmasına görə təkcə Viktor Truxin həbs edilməyib. Onun inzibati-təsərrüfat işləri üzrə müavini Andrey Vasilyev də tutulub. Vasilyev rüşvət epizodu üzrə təqsirləndirilən əsas şəxsdir. Viktor Truxin isə mənimsəmə və israfetmədə ittiham olunur. Dövlətə xəyanət, cəsusluq, xarici ölkə və ya beynəlxalq təşkilatla məxfi əməkdaşlıqdan söhbət gedə bilməz. Həmin cinayət işləri məxfi qrifə malik deyil. Bu isə o deməkdir ki, məhkəməyə təqdim olunan materaillarda dövlət sirri təşkil edən əlamətlər yoxdur. Bu iş çox güman ki, iqtisadi xarakterlidir”.
Fərid Azəri