Türkiyə prezidenti - ABŞ-də
Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə gedib.
News24.az Türkiyə KİV-ə istinadən xəbər verir, Türkiyə liderini Con Kennedi Beynəlxalq Hava Limanında Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal, Vaşinqton səfiri Hasan Murat Mercan və Nyu-York baş konsulu Reyhan Özgür qarşılayıb.
Ərdoğan ABŞ-yə səfəri çərçivəsində BMT-nin 78-ci Baş Assambleyasında iştirak edəcək və bəzi təmaslar keçirəcək.
Günəş Mərd