Türkiyədə fövqəladə vəziyyət ləğv edilir - Vaxtı açıqlandı
Siyasət
Türkiyədə fövqəladə vəziyyət iyulun 17-də ləğv ediləcək.
News24.az-ın xəbərinə görə bu barədə Türkiyənin ATV kanalının xəbər bülletenində xəbər verilib.
Xəbərdə bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən öncə verdiyi vədi tutaraq iyulun 17-də bu sənədə imza atacağını bəyan edib.
Xatırladaq ki, 2016-cı il 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsindən sonra ölkədə fövqəladə vəziyyət elan edilmişdi.