Türkiyənin Təhlükəsizlik Şurası Qarabağ üçün - TOPLANIR
Siyasət
Sentyabrın 28-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
News24.az “TRT Haber”ə istinadən xəbər verir ki, iclasda terrorla mübarizə, regional və beynəlxalq hadisələr müzakirə ediləcək. Eyni zamanda İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin “Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılacaq.
Bundan başqa iclasda Azərbaycan ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunacaq.
Qumral