"Üçtərəfli bəyanat - Ermənistanın de-fakto kapitulyasiyasını nəzərdə tutur"- PREZİDENT - VİDEO

"Üçtərəfli bəyanat - Ermənistanın de-fakto kapitulyasiyasını nəzərdə tutur"- PREZİDENT - VİDEO Siyasət
"2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanat əslində dayanıqlı sülhün bərqərarını deyil, Ermənistanın de-fakto kapitulyasiyasını nəzərdə tuturdu". 

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalının canlı efirində yayımlanan "Global Conversation" adlı debat xarakterli proqramda bildirib:

"Buna görə də biz Ermənistanla münaqişənin ölkələrin ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, güc tətbiqindən və ya güc tətbiqinə dair təhdidlərdən çəkinmək yolu ilə tamamilə həll olunması istiqamətində təşəbbüslər irəli sürməyə başladıq və bu təklifi danışıqlar masasına yatırdıq. Bunu məhz 30 il ərazində işğaldan əziyyət çəkən, ədaləti bərpa edən və sülh prosesinin təməlini qoyan biz etdik. Mən deməzdim ki proses son dərəcə rahat şəkildə irəliləyir. Lakin biz nikbinliyimizi də qoruyuruq. Buna görə də hazırda hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində son dərəcə aktiv danışıqlar aparılır".