"Ümid edirik ki, Ermənistan kənar təxribatlara boyun əyməyəcək" - ƏRDOĞAN
Siyasət
Biz Azərbaycan ordusunun uğurları ilə fəxr edirik. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, yaralılara şəfalar diləyirəm".
News24.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.
"30 il ərzində yaşadıqları bütün ağrılara baxmayaraq, onların Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür. Mülki insanlara qarşı xüsusi həssaslıqla yanaşıblar. Ümid edirik ki, Ermənistan kənar təxribatlara boyun əyməyəcək" - deyə Türkiyə lideri qeyd edib.