"Xaçaturyandan sonra növbə digərlərinə də çatacaq..." - DEPUTAT
Siyasət
Əli minlərlə günahsız azərbaycanlının qanına bulaşmış erməni faşistləri 30 illik zaman kəsiyində və fasiləsində düşünürdülər ki, törətdikləri cinayətlər cəzasız qalacaq. Lakin terrorçu Vaqif Xaçaturyanın Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi bir daha sübut etdi ki, Azərbaycan öz suveren huquqları və vətəndaşlarının haqları üçün sona qədər mübarizə aparmaq iqtidarındadır. Azərbaycanın atdığı bu addım ermənilər arasında təşviş yaradıb, onların narahatlığına səbəb olub. Bununla birgə erməni əhalisi Xaçatryanın müdafiəsinə qalxır, sözügedən terrorçunun azadlığını tələb edir.
Mövzu ilə bağlı News24.az-a danışan deputat Elman Məmmədov bildirdi ki, terrorçu Vaqif Xaçatryan layiqli cəzasını alacaq:
“Onların cinayətkarı müdafiə etməsi, tələbləri, iddiaları Azərbaycanın iradəsinə təsir edə bilməz. Bu, Ermənistanın daxili auditoriyasına hesablanmış siyasi şoudur. Cinayətkarlar 3-5-10 nəfər deyil ki, onları bir-bir sayasan. Onlar yüzlərlədir, minlərlədir. Yerdə qalanlar baş separatçı Araik Arutyunyan, Samvel Babayan, Ruben Vardanyan və s. başda olmaqla hər biri qanun qarşısında cavab verib, cəzalandırılacaqlar. Kimlərin ki, əli günahsız soydaşlarımızın qanına batıb, kimlər ki, Azərbaycan dövləti və xalqına qarşı cinayət törədib, onların hamısı haqqında hüquq-mühafizə orqanlarında məlumatlar var. Bunlar bu günün, dünənin məlumatları deyil. 1988-ci ildən başlanan hadisələrlə bağlı ermənilərin törətdiyi bütün cinayətlərdə iştirak edən qatillərin məlumatları şahid ifadələri əsasında hazırlanıb. O, soyqırım və qətliamların şahidləri, işgəncələrə məruz qalmış əsir və girovlarımız, dinc insanlar tərəfindən verilən məlumatlar əsasında təyin edilib”.

Deputatın sözlərinə görə, insanlığa, bəşəriyyətə, dövlətə qarşı törədilmiş cinayətlərin vaxtı ötmür.
“Qətiyyən erməni faşistlərində arxayınlıq yaranmasın ki, 30 il vaxt keçib və onlar cəzasız qalacaq. İndi ermənilər şüvən qaldırıb, səs-küy salıblar ki, bu qatilin 68 yaşı var və o, xəstədir. Onu müdafiə edirlər.
Lakin yaddan çıxarmasınlar ki, İkinci Dünya Müharibəsində cinayət törətmiş faşistləri 80-90 yaşında da tapıb cəzalandırırdılar. Beynəlxalq hüququn, Azərbaycanın qayda-qanunları var. İnsanlığa, bəşəriyyətə, dövlətə qarşı törədilmiş cinayətlərin vaxtı ötmür. Bunlar özləri kimi erməni Makronun başçılığı altında bir dəstə Fransa senator eermənisində erməni pulu ilə seçilənlər bəyanat yayırlar. Bu addımlar Azərbaycanın iradəsinə təsir göstərməyəcək”.
Arzu