Xankəndidə ara qarışdı: - Azərbaycan müdaxilə edə bilər

Xankəndidə ara qarışdı: - Azərbaycan müdaxilə edə bilər Siyasət

Xankəndidəki separatçı rejimin “qondarma” seçkiləri heç bir ölkə tərəfindən tanınmadı, eyni zamanda, bütün beynəlxalq mərkəzlər bu “seçkini” pisləyən bəyanatlar verdilər. Nə Ermənistanın baş naziri Paşinyan, nə də parlament sədri Alen Simonyan qondarma “seçki”də separatçıların yeni “başçısı” seçilən Samvel Şahramanyanla bağlı bağlı mövqe açıqlamayıb. Həmçinin dünyanın  bir çox ölkəsi, o cümlədən beynəlxalq təşkilatlar bu qondarmça seçkini pisləyən bəyanatlar verdilər. 

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Amid Əliyev bildirdi ki, Xankəndidə keçirilən seçkilərin heç bir siyasi və hüquqi əsası yoxdur:

“Ümumiyyətlə, orada fəaliyyət göstərən qurum qondarma olduğu üçün və heç bir legitimliyə malik olmadığı üçün onun keçirdiyi seçkilərin də heç bir legitimliyi yoxdur. Separatçıların yeni rəhbəri seçilən Şahramanyan da təbii ki, legitim seçilməyib və onun “vəzifəsi” də beynəlxalq hüququn prinsiplərinə görə legitim deyil. Belə bir şəxsin Azərbaycana qarşı hansısa tələblər və şərtlər irəli sürməsi də qanunsuz sayılır”.

A. Əliyev qeyd etdi ki, keçmişdə olduğu kimi, qondarma qurumu heç bir dövlət, hətta Ermənistanın özü belə tanımayıb və beynəlxalq təşkilatlar və ictimaiyyət bununla bağlı özlərinin neqativ fikirlərini bildiriblər:

“Son “seçki”lərlə bağlı artıq dünyanın bir sıra dövlətləri və təşkilatlar onun qanunsuz olması və sülh gündəliyinə zərbə vuracağı haqqında bəyanatlar veriblər. Separatçı rejimə maliyyə dəstəyi verən və sentyabrın 2-də onların qondarma “müstəqillik günü” münasibətilə təbrik edən Paşinyanın növbəti addımları Azərbaycan üçün, eləcə də sülh danışıqlarında vasitəçilik edən tərəflər üçün olduqca maraqlıdır. Son bir həftə ərzində bölgədə baş verən aktivlik fonunda Paşinyan və Simonyan bir daha Azərbaycanın ərazi bütövlüyün tanıdıqlarını bəyan etdilər. Hətta Paşinyan telefon diplomatiyasını da işə saldı. Lakin biz də çox gözəl bilirik ki, bu, erməni siyasi hakimiyyətinin hazırki vəziyyətdə vaxt qazanmaq və 2023-cü ili sülh sazişi olmadan başa vurmaq xülyasıdır”. 

Politoloqun sözlərinə görə, hazırda Paşinyanın və eləcə də digər erməni siyasilərinin yeni “seçki”ləri tanıyıb-tanımayacaqları haqqında bəyanataların səslənəcəyi və ya səslənməyəcəyi haqqında müxtəlif fikirlər yürüdülür:

“Bölgədə BQXK tərəfindən inadlı şəkildə humanitar yüklərin əraziyə buraxılmaması, Laçın yolunda və Ağdam-Xankəndi yolunda gözləyən yüklərlə dolu tırların olması və Ermənistana həm Qərb, həm də Rusiya tərəfindən təzyiqlərin edilməsini nəzərə alsaq, bu, heç də asan məsələ deyil. Bu bəyanat veriləcəyi təqdirdə, artıq heç bir sülhdən danışmağa dəyməz. Deməli, Paşinyanın danışıqlara başlamaq cəhdlərinin yalan olması ortaya çıxacaq və ya səsələndirilmədiyi halda isə Ermənistan qondarma quruma olan yardımları dayandırmalı, qanunsuz silahlıları ərazidən çıxarmalı və Azərbaycanla reinteqrasiya proseslərinə maneə olmamalıdır. Əks halda Azərbaycanın bu proseslərə birbaşa müdaxilə etmək kimi legitim hüququ var”.

Akqabay Mıradov