XİN: Azərbaycan Tayvanın müstəqilliyini tanımır

XİN: Azərbaycan Tayvanın müstəqilliyini tanımır Siyasət


Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir.

Bu barədə News24.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir.

“Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir”, - deyə XİN-in məlumatında vurğulanıb.