"Zahid Orucun təklifinə aqressiv yanaşmaq doğru deyil" - Fazil Mustafa
Siyasət
"Zahid Orucun təklifinə aqressiv yanaşmaq doğru deyil".
Bunu News24.az-a açılmasında Milli Məclisin üzvü Fazil Mustafa deyib.
O vurğulayıb ki, 20 sentyabr tarixinin 4-cü respublikanın yarandığı gün olaraq elan edilməsi təklifi müzakirəyə açıq bir məsələdir.
F. Mustafanın sözlərinə görə, o sözü gedən məsələdə deputat həmkarından fərqli mövqeyə malikdir:
"Mənim öz mülahizəm var və mülahizəni yalnız müzakirələrdə söyləməyi doğru sayıram. Bu fikrə belə aqressiv yanaşmaq doğru deyil. Zahid Oruc savadlı millət vəkillərindən biridir. Onun təklifinə dair mövqeyim fərqlidir. Ona görə də hesab edirəm ki, 4-cü respublika deyilən yeni dövrlə bağlı ciddi diskussiya olmalıdır. Bu müzakirələrdə ortaya çıxan fikirlər müzakirə olunub, Prezidentə təqdim olunmalıdır. Sonradan həmin təkliflərə edilən dəyişikliklərdən müsbət mənada yararlanmaq olar".
Fərid Azəri