Zakir Həsənov Gürcüstana - GETDİ

Zakir Həsənov Gürcüstana - GETDİ Siyasət
Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri cənab İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.