Zaxarovadan ittiham - – “HƏTTA XƏSTƏXANALAR BELƏ...”

Zaxarovadan ittiham - – “HƏTTA XƏSTƏXANALAR BELƏ...” Siyasət

“BMT-ni münaqişələr nəticəsində dinc sakinlərin ölümü maraqlandırmır”. 

News24.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiostansiyasının efirində deyib. 

O bildirib ki, Qərb çox zaman hərbi obyekt adı altında dinc sakinləri və mülki infrastrukturu atəşə tutur:

“Dinc sakinlərin, qadınların və uşaqların ölümü onları qətiyyən maraqlandırmır. Qərb dairələrinin əmri ilə hətta xəstəxanalar belə aviahücumlara məruz qalır. Onların bəşəriyyətə laqeyd münasibəti əsrlərdir davam edir.  Bu ona görə baş verir ki, həmin dairələr sonradan istənilən gerçəyi dəyişə biləcəyinə, faktları təhrif edəcəyinə əmindir. Yəmənin bombalanması ilə aqressiv qərb planetin istənilən nöqtəsindəki uğursuzluqlarını pərdələməyə çalışır. Hazırda onları seçicilərdən mümkün qədər çox dəstək almaq maraqlandırır”. 

Fərid Azəri