1400-dən çox abonentin işığı kəsiləcək

1400-dən çox abonentin işığı kəsiləcək Sosial

Sabah Yardımlı rayonunda işıq olmayacaq.

News24.az xəbər verir ki, bu barədə Yardımlı Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, 10.04.2026-cı il tarixində, saat 14:00-dan 16:00-dək elektrik xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Yardımlı rayonunun 4 yaşayış məntəqəsi üzrə (Yardımlı şəhəri, Gavran, Dəlləkli, Ostayır) 1436 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.