17 il övlad həsrəti çəkən qadın ana oldu
Sosial
Xarici ölkələrdə nəticə verməyən müalicələrdən sonra 17 il övlad həsrəti yaşayan pasiyent Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ana olmaq sevincini yaşayıb.
News24.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, institutun Reproduktiv Sağlamlıq Texnologiyaları şöbəsinin müdiri, dosent Xəyalə Təhməzinin rəhbərliyi ilə aparılan müalicə nəticəsində hamiləlik əldə olunub.
"27-ci həftədə 1290 qram çəki ilə dünyaya gələn Aynur Bağırova adlı körpə 40 gün davam edən intensiv neonatal müalicədən sonra sağlam şəkildə ailəsinə təhvil verilib", - deyə məlumatda bildirilib.