Müəllimlərin işə qəbulu başa çatdı-imtahan bu tarixdə olacaq!
    • 4-07-2019, 11:49
    • 766

Müəllimlərin işə qəbulu başa çatdı-imtahan bu tarixdə olacaq!

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb. 


Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, bu ilin 24 iyun – 3 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 54 687 namizəd qeydiyyatdan keçib. Elektron ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 52 638 namizədin ərizəsi qəbul olunub. 


İyulun 4-də müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə imtahanların tarixi və keçiriləcəyi yer barədə məlumat göndəriləcək.


Test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında (ünvan: Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulub.