Müəllimlərin işə qəbulu bu axşam bitir
    • 3-07-2019, 17:12
    • 741

Müəllimlərin işə qəbulu bu axşam bitir

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Təhsil Nazirliyindən News24.az-a verilən məlunata görə, müsabiqəyə elektron sənəd qəbulu 3 iyul tarixində saat 23:59-da başa çatacaq. 
Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.