Sabah harada qaz təchizatı dayandırılacaq?
    • 8-08-2019, 23:24
    • 901

Sabah harada qaz təchizatı dayandırılacaq?

Avqustun 9-da Qaz İxrac İdarəsinin balansında olan “Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işləri icra olunacaq. "Azəriqaz" İstehsalat Birliyinin News24.az -a verdiyi məlumata görə, bu məqsədlə saat 10:00-dan işlər başa çatanadək Beyləqan rayonunun mərkəzi, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılacaq. Sabah saat 14:00-dan etibarən işlər başa çatanadək Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.