USD 1.7
EUR 1.8385
TRY 0.2518
RUB 0.022
  • Bakı 9°C
  • ŞUŞA 6°C
  • GƏNCƏ 14°C
  • LƏNKƏRAN 8°C
  • ŞƏKİ 13°C
  • QUBA 4°C
  • NAXÇIVAN 12°C

“Sosial xidmətlər hər hansı ərzaq yardımı deyil”-Fazil Talıbov ahıllara SƏSLƏNDİ

SOSİAL

Mətn ölçüsü

“Təəssüf ki, bəzi vətəndaşlarımız tənha yaşlılara göstərilən sosial xidmətlərlə bağlı yanlış təsəvvürə malikdirlər”.

Bunu News24.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə,  yaşı 65-dən yuxarı tənha insanlarımıza evlərində sosial xidmətlər göstərilir. Yalnız bu xidmətlərlə təmin olunmaq üçün həmin insanlar Nazirliyin 142 - Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınırlar. Lakin bəzi hallarda vətəndaşlarımız 142-yə zəng edərkən yanlış olaraq ərzaq yardımı və ya ödənişsiz taksi xidməti ilə təmin olunmaqla bağlı müraciət edirlər.
Bununla əlaqədar diqqətə çatdırırıq ki, sosial xidmətlər hər hansı ərzaq yardımı deyil.
Sosial xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir". 

F.Talıbov onu da əlavə edib ki, tənha şəxslərə ödənişsiz taksi xidməti göstərilməsi ilə bağlı fikirlər də tam əsassızdır: "Belə ki, ayrılmış avtomobillər və sürücülər tənha insanlara sosial xidmətləri yerinə yetirənlər, yəni sosial xidmətçilər və onlarla birgə işləyən könüllülər üçün nəzərdə tutulub. Bunda da məqsəd xidmətlərin göstərilməsində çevikliyi təmin etməkdir.

Ona görə də vətəndaşlarımızdan bu məsələlərlə bağlı diqqətli olmalarını, yalnız nəzərdə tutulan istiqamətlər üzrə 142-yə zəng etmələrini xahiş edirik. Səhv məlumatlara, şaiyələrə deyil, rəsmi məlumatlara inanın”.

Afaq Mirayiq 


Xəbəri paylaş: