Heydər Əliyev Mərkəzindən İspaniyaya dəstək- FOTO
    • 10-04-2020, 21:58
    • 776

Heydər Əliyev Mərkəzindən İspaniyaya dəstək- FOTO

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 10-da Heydər Əliyev Mərkəzinin binası üzərinə İspaniya Krallığının bayrağı videoproyeksiya olunub. Bayraq təsvirini ispan musiqisi müşayiət edib.

Bu barədə News24.az- Mərkəzdən bildiriblər.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya və Rusiyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.