Sabah 30 dərəcə İSTİ OLACAQ
    • 19-05-2020, 13:08
    • 650

Sabah 30 dərəcə İSTİ OLACAQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa  enəcək, nisbi rütubət  70-75, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında  bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.

Mayın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.