Murad Arifə YÜKSƏK VƏZİFƏ VERİLDİ
    • 2-06-2020, 13:01
    • 832

Murad Arifə YÜKSƏK VƏZİFƏ VERİLDİ

Bəstəkar-müğənni Murad Arifə yüksək vəzifə verilib.

News24.az xəbər verir ki, sənətçinin “MTV Azərbaycan” telekanalının musiqi depertamentinin direktoru vəzifəsinə təyin edildiyi barədə məlumat dərc olunub.

“Sözügedən kanalın musiqi direktoru vəzifəsini icra etmək üçün təklif almışam. Yaxın zamanda məsələ ilə bağlı mediaya geniş açıqlama verəcəyəm”.

O, həmçinin, “YouTube”da məşhurlaşmış “Popumuz var” layihəsinin “İctimai Televiziya”da yayımlanacağını bildirib:

“Bu layihəm iyun ayından “İctimai Televiziya”da efirə çıxacaq. İlk qonağım isə Xalq artisti Aygün Kazımova olacaq”. /oxu.az/