"50,7 min şəxsə əlillik təyinatı aparılıb"
Sosial
"Hesabat dövründə 50,7 min şəxsə əlillik təyinatı aparılıb".
News24.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib:
"Hesabat 87,7 min nəfərə reabilitasiya xidməti göstərilib. Eyni zamanda 91,4 min reabilitasiya vasitəsi təqdim edilib.
Nazirliyin 13 sosial xidmət müəssisəsi tərəfindən həssas əhali qruplarından olan 2900-dək şəxsə sosial xidmət, 6100 şəxsə səyyar sosial məişət xidməti göstərilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 180-dən çox benefisiar 14 yaradıcılıq istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıq və qabiliyyətlərini inkişaf etdirib".
Fərid Azəri