600-dən artıq ev qazsız qaldı
Sosial
Sumqayıt şəhərində ağacın qaz xəttinin üzərinə aşması səbəbindən 650 abonentin qaz təchizatında fasilə yaranıb.
News24.az xəbər verir ki, şəhərin 4-cü mikrorayon ərazisində irigövdəli ağac diametri 108 mm olan qaz xəttinin üzərinə aşaraq onu zədələyib.
Yaranmış təhlükənin aradan qaldırılması məqsədilə aparılan təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 650 abonentin qaz təchizatı dayandırılıb.
İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək. (report.az)