65 yaşdan yuxarı metropoliten işçiləri ilə bağlı - QƏRAR

65 yaşdan yuxarı metropoliten işçiləri ilə bağlı - QƏRAR Sosial
"Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız işə cəlb olunmayacaq".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, karantin rejimi mayın 31-dək uzadıldığından Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tapşırıqlarına riayət ediləcək: "Qərara görə, 65 yaşdan yuxarı vətəndaşların evdən çıxması qadağan edildiyi üçün həmin yaş həddində olan metropolitençilər işə cəlb edilməyəcək".

Afaq Mirayiq