Ağac aşdı, 120 abonent qazsız qaldı

Ağac aşdı, 120 abonent qazsız qaldı Sosial
Güclü külək nəticəsində Qaradağ rayonunun Qobustan qəsəbəsində 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. 
"Azəriqaz"dan News24.az -a verilən məlumata görə, aşan ağac diametri 108 mm olan aşağı təzyiqli qaz xəttini zədələyib.
Qəza nəticəsində 120 abonent qazsız qalıb.