Şahdağa qar yağdı - FAKTİKİ HAVA
Sosial
Ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunub, Şahdağa isə qar yağıb.
News24.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidmətinin martın 21-i saat 11:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 9, Balakən və Oğuzda 5, Tərtərdə 4, Şahbuz, Şəki, Qəbələ, Zaqatala, Xaltan (Quba), Beyləqan və Ağdamda 3, Astara, Şərur, Sədərək, Naftalan, İsmayıllı, Şamaxı, Xızı, Bərdə, Zərdab, İmişli, Sabirabad və Biləsuvarda 2, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qobustan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Cəlilabad, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Martın 20-də bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Qusarda (Şahdağ) 20, Şabranda 18, Kəlbəcərdə 17 m/s-dək güclənib.
Sumqayıt, Daşkəsən, Göygöl, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Şamaxı, Qusar, Qobustan, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.