ATU-nun müəllimi vəfat etdi
Sosial
Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi vəfat edib.
News24.az publika.az-a istinadla xəbər verir ki, universitetin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Maqsud Aslanov dünyasını dəyişib.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Maqsud Qəşəm oğlu Aslanov 2009-cu ildən universitetin baş müəllimi vəzifəsində çalışırdı. O, 20-dən çox elmi məqalənin, 8 tədris-metodik tövsiyənin müəllifidir.