Azərbaycan vətəndaşlığını itirənlərin sayı açıqlandı

Azərbaycan vətəndaşlığını itirənlərin sayı açıqlandı Sosial
2018-ci ildə 85 nəfər Azərbaycan vətəndaşlığını itirib.

Bunu Dövlət Miqrasiya Xidmətində 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı xidmətin rəisi Vüsal Hüseynov bildirib. 

Xidmət rəisi qeyd edib ki, vətəndaşlığın itirilməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib.