Azərbaycanlı diaspor nümayəndəsi Ukraynada həlak oldu

Azərbaycanlı diaspor nümayəndəsi Ukraynada həlak oldu Sosial


Poltava vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini Mütəllim Barat oğlu Babayev həlak olub.

News24.az Report-a istinadla xəbər verir ki, 1957-ci il təvəllüdlü, əslən Azərbaycanın Bərdə rayonundan olan M.Babayev aprelin 5-i axşam radələrində Poltava vilayəti ərazisində, Kremençuk yolunda idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində ölüb.

Babayev Poltavada dəfn olunacaq.