Azərbaycanın bəzi yerlərində qar yağır

Azərbaycanın bəzi yerlərində qar yağır Sosial

Saat 20:00 olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şahbuz, Şərur, Ordubad, Naxçıvan, Sədərək, Gədəbəy, Göygöl, Tovuz, Ağstafa, Naftalan, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şəki, Oğuz, İsmayıllı, Xaltan, Şabran, Göyçay, Mingəçevir, Zərdab, Sabirabad, Xankəndi, Xocalı, Qubadlı, Şuşada yağış, Kəlbəcər, Xınalıq, Şağdağ, Qrız, Daşkəsən, Sarıbaş (Qax), Laçında isə qar yağır.

Yardımlıda saat 17:00-17:10 radələrində diametri 1,3 mm olan dolu düşüb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 20, Göyçay, Lerik, Tərtər, Zərdabda 18, Ağsuda 16 m/s-dək güclənir.