Bakıda ekspress taksi xidməti - TƏŞKİL EDİLƏCƏK

Bakıda ekspress taksi xidməti - TƏŞKİL EDİLƏCƏK Sosial
Bakı Metrosunun fəaliyyəti bərpa olunduqdan sonra ekspress marşrut avtobuslarının işləyib-işləməməsi məsələsinə baxılacaq.

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

O qeyd edib ki, günün pik saatlarında ekspress avtobuslar fəaliyyət göstərə bilər. Eyni zamanda Bakıda ekspress taksi xidmətinin də təşkil edilməsi gözlənilir. 

Teymur Məmmədov