Bakıda 30 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakıda 30 yaşlı qadın yol qəzasında xəsarət alıb Sosial


Bakıda 30 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol qəzası olub.

News24.az report.az-a istinadən xəbər verir ki, Nərimanov rayonunda iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Nəzərova Rafiyyə Nəriman qızı xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.