Bakıda dənizdə batan uşağın meyiti tapıldı

Bakıda dənizdə batan uşağın meyiti tapıldı Sosial

İyunun 14-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

News24.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.