Bakıda sərnişin avtobusu evakuatorla toqquşub - 4 yaralı

Bakıda sərnişin avtobusu evakuatorla toqquşub - 4 yaralı Sosial
Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib. 

News24.az "Report"a istinadla xəbər verir ki, 104 saylı marşrut avtobusunun evakuatorla toqquşması nəticəsində 4 qadın xəsarət alıb.

Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. 

Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.