Bakıda tibb mərkəzindən 8 min manat - OĞURLANDI

Bakıda tibb mərkəzindən 8 min manat - OĞURLANDI Sosial
Bakıda tibb mərkəzindən 8059 manat oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki tibbi mərkəzlərin birindən 8059 manat pul oğurlamaqda şübhəli bilinən R.Dadaşzadə və Abşeron rayon sakini E.İbrahimov saxlanılıblar.