Bakıda tramvaylar bərpa oluna bilər – RƏSMİ AÇIQLAMA

Bakıda tramvaylar bərpa oluna bilər – RƏSMİ AÇIQLAMA Sosial
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

S.Nuriyev News24.az-a bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq:

“İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”.

Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.