Azər Niftiyev işdən çıxarılıb? – Özü açıqlama yaydı – Yeniləndi

Azər Niftiyev işdən çıxarılıb? – Özü açıqlama yaydı – Yeniləndi Sosial

Azər Niftiyev işdən ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

News24.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

"Bu gün bəzi mətbuat orqanlarında Azərbaycan Qiymətləndiricilər Palatası İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən uzaqlaşmağımla bağlı xəbərlər yayılıb. Məlumat üçün bildirim ki, başqa layihə ilə bağlı belə bir plan var idi. Mən bu barədə "Whatsapp" statusumda paylaşım etsəm də, sonradan bu qərar dəyişdi və hazırda Palatada fəaliyyətim davam edir", – paylaşımda deyilir.

**

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Azər Niftiyev vəzifəsindən azad olunub.

News24.az xəbər verir ki, bu barədə AQP sədri Nüsrət İbrahimov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, A.Niftiyev ötən ilin sentyabrında bu vəzifəyə təyin edilmişdi. (Manset.az)