Bakıda yataqxanada YANĞIN

Bakıda yataqxanada YANĞIN Sosial
Bakı şəhərinin Yasamal rayonunda yataxanada yanğın baş verib. 

News24.az FHN-nin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda yerləşən beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzildə ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.