Bakının bu rayonlarında qaz olmayacaq

Bakının bu rayonlarında qaz olmayacaq Sosial

10.04.2026-cı il saat 10:00-dan etibarən Zığ, Pirşağı, Şağan və Buzovna qəsəbələrinin, Quşçuluq yaşayış massivinin, Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin və Maştağa qəsəbəsi, Daş Karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

News24.az xəbər verir ki, bu barədə "Azəriqaz İB" məlumat yayıb.

Qaz təchizatında fasilə Sabunçu, Suraxanı və Xəzər rayonlarındakı qaz xətləri üzərində aparılacaq təmir işləri ilə əlaqədar olacaq.