Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb

Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb Sosial

İşğaldan azad edilən ərazilərimizə daha bir müntəzəm marşrut fəaliyyətə başlayıb.

News24.az “Report”a istinadən xəbər verir ki, bu gün Bərdə şəhər avtovağzalından Xankəndinə ilk marşrut reysi hərəkət edib.

Bərdə-Xankəndi reysi gün ərzində 3 dəfə olmaqla həyata keçiriləcək. Marşrut Bərdədən hər gün səhər saat 7-də, 11:30 və 16:30-da hərəkət edəcək. Marşrut xətti üzrə hərəkət yüksək komfortlu avtobuslarla həyata keçiriləcək.