Bloger Əlixan Rəcəbov AZAL-dan narazılıq etdi: “Biabırçılıqdır!”
Sosial
Bloger Əlixan Rəcəbov Azərbaycan Hava Yollarından (AZAL) narazılığını bildirib. Bu barədə o, “Instagram” hesabının “Hekayə” bölməsində paylaşım edib.
News24.az-ın xəbərinə görə bloger bildirib ki, martın 23-də onlar AZAL təyyarəsi ilə Moskvaya uçuş ediblər. Lakin eniş etdikdən sonra 300-dən çox sərnişinin baqajı gəlib çatmayıb.
“Bu da bizim AZAL-ın göstərdiyi xidmət. Hazırda hamımız çamadanlarımızı tapmaq üçün ərizələr yazırıq. Biabırçılıq…”, – o deyib.
Qeyd edək ki, məsələ ilə bağlı AZAL-dan rəsmi mövqeə bildirilməyib.