Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq Sosial


Martın 18-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarında görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.