Füzulidə iki tarixi abidə üçün bərpa planı hazırlanır
Sosial
Füzuli rayonunun Qarğabazar kəndində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Karvansaranın və yerli əhəmiyyətli memarlıq abidəsi olan Məscidin bərpası və ətrafının abadlaşdırılması istiqamətində tədbirlər görülür.
News24.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, sözügedən tarixi abidələrin bərpa və ətrafının abadlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanacaqdır. Artıq hər iki abidənin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma proseduruna başlanılıb. (APA)