Bu şəxslərin maaşı artdı
Sosial
2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 1103,8 manat təşkil edib.
News24.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 4064,7 manat, qeyri neft-qaz sektorunda 1050,1 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1073,2 manat, özəl müəssisələrdə isə 1133,5 manat olub. (Bizimmedia.az)